XƏBƏR
18:20

  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib (SİYAHI) (YENİLƏNİB)

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki,  Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:

 

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə

 

polkovnik Yusif Həsən oğlu Mirzəyevə.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant

 

Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant

 

Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant

 

Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant

 

Əliyev Vüsal Akif oğlu – mayor

 

Həsənov Nicat Zəfər oğlu – mayor

 

Əsədullayev Vilayət Fətulla oğlu – kapitan

 

Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.




  Yayım tarixi :11 Fevral 2019   18:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .