XƏBƏR
17:02

  Azərbaycanda yeni poçt vərəqi tədavülə buraxılıb (FOTO)

Gündəm

Xəbər lenti

“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı olan “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu" adlı poçt vərəqini tədavülə buraxıb.

 

Agyol.az xəbər verir ki,  "Azərpoçt" MMC-nin  məlumatına görə, orijinal poçt vərəqi 6 markadan ibarətdir.

 

Kiçik vərəqin ölçüsü 151x144 mm, markanın ölçüsü isə 37x52 mm-dir. Vərəqə daxil olan markalar:

 

1. Texas ağacdələni - 0.2 AZN

2. Qaratoyuq - 0.3 AZN

3. Hildebrandt sığırçını - 0.6 AZN

4. Adi sığırçın - 0.2 AZN

5. Qırqovul - 0.3 AZN

6. Şanapipik - 0.6 AZN

 

Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Bunlara əlavə olaraq “Birinci gün” zərfləri də hazırlanıb. Zərflərin sayı isə 200 ədəddir.

 

Layihənin rəssamı Nərmin Abdullayeva, dizayneri isə Anar Mustafayevdir.




  Yayım tarixi :11 Fevral 2019   17:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .