XƏBƏR
15:18

  Daxili İşlər Nazirliyində yeni TƏYİNATLAR

Gündəm

Xəbər lenti

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

 

 

 

Agyol.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Habil Həsənov vəzifəsindən azad edilərək, Nəsimi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

 

Nəsimi Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Vüsal Axundov vəzifəsindən azad olunaraq Binəqədi Rayon Polis İdarəsi rəisinin müavini təyin edilib.

 

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunaraq Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib.

 

Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır.




  Yayım tarixi :11 Fevral 2019   15:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .