XƏBƏR
14:06

  Bakı-Şamaxı avtomobil yolunda hərəkət sürəti artırılır

Gündəm

Xəbər lenti

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi idarəsinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunda tələb olunan yerlərdə nəqliyyat vasitələrinin maksimum hərəkət sürətinin aşağı və yaxud yuxarı həddə tənzimlənməsi ilə əlaqədar olaraq yol nişanlarının quraşdırılması işlərinə başlanılıb.

 

Agyol.az xəbər verir ki, AAYDA-dan  verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax (M3) avtomobil yolunun 28-101-ci km-lik hissəsində 90 km/saat yol nişanları 110 km/saat yol nişanları ilə əvəz edilir.

 

Sözügedən işlər 12 fevral axşam saatlarında yekunlaşdırılacaq. Bu üzdən sürücülərdən işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




  Yayım tarixi :11 Fevral 2019   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .