XƏBƏR
15:19

  Məşhur “Ayrılıq” mahnısının müəllifi dünyasını dəyişdi

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.

Agyol.az-ın məlumatına görə, şair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.

F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

 




  Yayım tarixi :09 Fevral 2019   15:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .