XƏBƏR
10:00

  Qatar qəzasında yaralıların sayı 95-ə çatıb - YENİLƏNİB

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

İspaniyada qatar qəzasında yaralananların sayı 95 nəfərə çatıb.  Agyol.az xəbər verir ki, yaralılardan 3-ü ağır, 16-sı orta, 76-sı isə yüngül dərəcəli xəsarətlər alıb.

 

Məlumata görə, toqquşma nəticəsində həlak olan şəxs qatarlardan birinin maşinisti olub.

 

 

İspaniyada iki qatar toqquşdu. Qəzaya uğrayan şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatarlar olub.

 

Fövqəladə hallar xidmətinin "Twitter" səhifəsində verilən məlumata görə, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib.

 

Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

 

 




  Yayım tarixi :09 Fevral 2019   10:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .