XƏBƏR
09:52

  İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb

Gündəm

Xəbər lenti

Türkiyənin İstanbul şəhərində 8 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16 nəfər çatıb.

 

Agyol.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

S.Soylu deyib: "Bizim sizə verdiyimiz son məlutlarda 14 nəfər öldüyü, 14 nəfərin isə xilas edildiyi bildirilirdi. Lakin daha sonra dağıntılar altında daha 2 nəfərin cəsədi çıxarılıb - Şevval Yıldız və Eylül Dərvişoğlunun".

 

Qeyd edək ki, daha öncə İstanbulun qubernatoru Əli Yerlikaya bildirib ki, binanın əlavə 3 mərtəbəsi qeyri-qanuni tikilib. Ə.Yerlikaya xilasetmə əməliyyatlarının aparıldığı rayonda sakitçiliyə riayət etməyə və xilasedicilərə mane olmamağa səsləyib.

 

Onun sözlərinə görə, bina ümumilikdə 43 nəfər qeydiyyatda olub.

 

Xatırladaq ki, fevralın 6-sı İstanbul şəhərinin Kartal rayonunda 8 mərtəbəli bina çöküb.




  Yayım tarixi :09 Fevral 2019   09:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .