XƏBƏR
15:18

  Şamaxı sakini: Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır, insanların problemləri ilə şəxsən maraqlanır. Agyol.az xəbər verir ki, bunu Şamaxı sakini Nailə Quliyeva deyib.

O qeyd edib ki, bu dəfə də zəlzələdən sonra dövlət başçısı dərhal problemlərin həlli istiqamətində tapşırıqlar verdi:

“Cənab Prezident öz humanistliyini, insansevərliyini nümayiş etdirdi, zəlzələdən sonra şəxsən özü gəlib bizimlə görüşdü, dəymiş zərərlə maraqlandı, lazımi tapşırıqlar verdi”.

N.Quliyeva bildirib ki, Prezidentin Şamaxıya səfəri zamanı insanlarla səmimi, mehriban davranışı qürurvericidir: “Fəxr edirik ki, bizim belə prezidentimiz var. Biz də vətəndaş olaraq hər zaman dövlət başçımızın fəaliyyətini dəstəkləyirik”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

 

 




  Yayım tarixi :08 Fevral 2019   15:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .