XƏBƏR
14:33

  Əmək bazarındakı bütün prioritet peşələr üzrə standartlar hazırlanacaq

Gündəm

Xəbər lenti

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması mühüm yer tutur.


Bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması  da yer alıb. Strategiyanın həyata keçirilməsi ilə bağlı müəyyən olunan hədəflərdən biri kimi, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.


Agyol.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Strategiyaya uyğun olaraq, peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir.


“Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır. Ölkəmizdə son illərdə qabaqcıl ölkələrin  təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib”.

 




  Yayım tarixi :08 Fevral 2019   14:33

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .