XƏBƏR
16:24

  "Həzi Aslanov" stansiyasında eskalator təmirə bağlandı

Gündəm

Xəbər lenti

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

Agyol.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər. "Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 




  Yayım tarixi :07 Fevral 2019   16:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .