XƏBƏR
16:20

  Gimnastlarımızın Dünya Kubokuna hazırlığı tam sürətlə davam edir (FOTO)

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən daha tez gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırlıq məqsədilə Milli Gimnastika Arenasında məşqlərə start veriblər.

Agyol.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, fevralın 11-də arenada kubokun yoxlama-məşq toplanışı keçiriləcək. Bu toplanışda Avstraliya, Yeni Zelandiya, İsveçrə və Gürcüstan komandalarının da iştirakı gözlənilir.

Xatırladaq ki, Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli Dünya Kubokunda (Bakı, 16-17 fevral) 31 ölkənin 300-ə yaxın gimnastı mübarizə aparacaq.

 




  Yayım tarixi :07 Fevral 2019   16:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .