XƏBƏR
14:43

  Övladlığagötürmə sahəsində yeni idarəetmə modeli hazırlanır

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq iş planı əsasında işlər davam etdirilir.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, yaradılmış işçi qrup tərəfindən bır sıra yerli və xarici ekspertlərlə, QHT-lər, həmçinin UNİCEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır. Bundan əlavə, beynəlxalq konsaltinq şirkəti olan “McKinsey&Company”, valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir. Bu əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə bağlı beynəlxalq təcrübə öyrənilir.

Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanmaqdadır.

 




  Yayım tarixi :07 Fevral 2019   14:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .