XƏBƏR
14:16

  Azərbaycanlı uşaqlar Çavuşoğlunu belə kövrəltdi

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan və Türkiyə tələbələri ilə görüşüb.


Nazir ABŞ-da təhsil alan türk və azərbaycanlı tələbələrlə Azərbaycanın Vaşinqtondakı iqamətgahında bir araya gəliblər. Görüşdə daha diqqət çəkən məqam isə Çavuşoğlunu azərbaycanlı azyaşlı uşaqların qarşılaması olub. Belə ki, nazir avtomobilindən düşüb, səfirliyin binasına daxil olarkən uşaqların ona dediyi sözlər naziri kövrəldib.

Uşaqlardan biri "Cənab nazir səfirliyimizin binasında ailəmizin bir üzvü kimi sizi qarşılamağa çox sevinirik. Xoş gəlmisiz" deyib. Nazir isə Azərbaycan dilində "Xoş gördük..." deyə cavab verib. Daha bir uşaq isə nazirə "Azərbaycan Türkiyə" şeirini deyib: "Bir millətik iki dövlət, eyni arzu, eyni niyyət, Hər ikisi cumhuriyyət, Azərbaycan, Türkiyə".

 




  Yayım tarixi :07 Fevral 2019   14:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .