XƏBƏR
09:45

  "Facebook Messenger"də yeni funksiya istifadəyə verilib

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Agyol.az xəbər verir ki, "Facebook" sosial şəbəkəsi fevralın 5-dən "Facebook Messenger"də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib.Bu funksiya vasitəsilə "Messenger"də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və "hamı üçün silmək" və ya "özün üçün silmək" funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.

Funksiyadan "iOS" və "Android" əməliyyat sistemlərinin sonuncu versiyalarının bütün istifadəçiləri yararlana bilər.

"Facebook Messenger" "Facebook" sosial şəbəkəsi tərəfindən yaradılan və ona inteqrasiya edilən məlumat və video mübadiləsi üçün mobil proqramdır. 2018-ci ilin dekabrın sonuna olan məlumata görə, hər ay təxminən 2,7 milyard insan "Instagram", "WhatsApp" və "Messenger" daxil olmaqla "Facebook" servislərindən istifadə edir.

 




  Yayım tarixi :07 Fevral 2019   09:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .