XƏBƏR
16:42

  Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir (ÖZƏL)

Gündəm

Xəbər lenti

Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Agyol.az xəbər verir ki, bunu Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.

Mənbə onu da qeyd edib ki, bu cür açıqlamalarla Fransa tərəfi özünün demokratiyaya sadiqliyini nümayiş etdirmək istəyir:

“Əsassız iddiaları inkarolunmaz fakt kimi qəbul etməklə Paris demokratik dəyərlərə zidd olan ikili standartlara sadiqliyini göstərir”.

 




  Yayım tarixi :06 Fevral 2019   16:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .