XƏBƏR
16:36

  Qurban Yetirmişli: Dünəndən indiyə qədər 130-dan çox təkan olub

Gündəm

Xəbər lenti

Bu gecə İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb.

Agyol.az-ın məlumatına görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişlinin sözlərinə görə, dünən Azərbaycanda iki hiss edilən zəlzələ baş verib. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub:

"6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz".

Şamaxı-İsmayıllı bölgəsinin tarixən seysmoloji baxımdan aktiv olduğunu xatırladan Q.Yetirmişli əlavə edib ki, dünəndən indiyə qədər 130-dan çox xırda təkan qeydə alınıb:

"Onlar zəif, 3 bala qədər hiss edilən təkanlar olub".

 




  Yayım tarixi :06 Fevral 2019   16:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .