XƏBƏR
15:51

  Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq

Gündəm

Xəbər lenti

Fevralın 7-də II Fəxri xiyabanda görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin xatirəsi alınacaq.


Agyol.az xəbər verir ki, həmin gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri anadan olmasının 100 illiyi münasibətilə mərhum rejissorun qəbirüstü abidəsini ziyarət edəcəklər.

Anım mərasimində Tofiq Tağızadənin mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salınacaq, Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılacaq.

Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

 




  Yayım tarixi :06 Fevral 2019   15:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .