XƏBƏR
14:55

  Türkiyə Prezidentinin mətbuat katibi: Qondarma “erməni soyqırımı” yalandır

Gündəm

Xəbər lenti

Qondarma “erməni soyqırımı” yalandır və siyasi uydurmadır.

Agyol.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, “erməni soyqırımı”nın heç bir tarixi əsası yoxdur və 1915-ci ildə ermənilərin kütləvi qırğınını sübut edən heç bir fakt mövcud deyil.

İ.Kalın vurğulayıb ki, Türkiyə Fransa Prezidentinin sözlərini kəskin pisləyir.

O əlavə edib ki, E.Makron bu açıqlamalarla böhranın davam etdiyi Fransada gündəmi dəyişməyə çalışır.

 




  Yayım tarixi :06 Fevral 2019   14:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .