XƏBƏR
14:53

  Azərbaycan-Pakistan dostluğu markalarda

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
Azərbaycan və Pakistan 2 markadan ibarət poçt blokunu dövriyyəyə buraxıblar.

Agyol.az xəbər verir ki, poçt markalarının üzərində Bakı şəhərindəki Heydər məscidi və Pakistanın Lahor şəhərində yerləşən Vəzir Xan məscidi təsvir olunub. Poçt blokunda, eyni zamanda, müvafiq olaraq Azərbaycanın və Pakistanın dövlət bayraqları öz əksini tapıb.
Orijinal poçt blokunun ölçüsü 120x80 mm, markaların ölçüləri isə 40x28 mm təşkil edir. Layihə dizayner Anar Mustafayeva məxsusdur. Tiraji 5 min nüsxə olan bu poçt bloku 27 dekabr 2018-ci ildə tədavülə buraxılıb. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfi hazırlanıb. Zərfin sayı isə 100 ədəd təşkil olunub.
Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb. Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır.




  Yayım tarixi :06 Fevral 2019   14:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .