XƏBƏR
14:07

  Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Gündəm

Xəbər lenti

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək. Agyol.az xəbər verir ki, bu barədə Özbəkistanın "UPL 24" informasiya saytına istinadən məlumat verir.

Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın vaxtlarda baş tutacağı bildirilir.

Qeyd olunur ki, qarşıdakı səfər haqqında məlumatı bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiq edib. Ş.Mustafayevin səfərlə bağlı məsələləri Özbəkistan Baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə etdiyi deyilir.

Görüşdə E.Qaniyeb deyib ki, Özbəkistan tərəfi Azərbaycanla iqtisadi münasibətlərin daha da yaxşılaşacağına ümid edir.

 




  Yayım tarixi :06 Fevral 2019   14:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .