XƏBƏR
09:53

  Qurban Yetirmişli son zəlzələylə bağlı jurnalistlər qarşısına çıxacaq

Gündəm

Xəbər lenti

5 fevral 2019-cu il tarixində Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı bu gün  saat 16:00-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  Zəlzələlərin Tədqiqatı Bürosunda  (Akademiya şəhərciyi, H. Cavid prospekti 119  Geologiya və Geofizika İnstitutunun yaxınlığında) AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat nümayəndələri üçün brifinq keçirəcək. 

Agyol.az xəbər verir ki, Mərkəzdən bildirilib ki, baş verən zəlzələlər, bölgədəki hazırki vəziyyət və digər bütün bu kimi suallara brifinqdə aydınlıq gətiriləcək.




  Yayım tarixi :06 Fevral 2019   09:53

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .