XƏBƏR
09:15

  Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb - FOTO

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.


Agyol.az xəbər verir ki, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.


ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

 




  Yayım tarixi :06 Fevral 2019   09:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .