XƏBƏR
15:58

  Azərbaycan çempionatında yeni rekord

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.

Agyol.az-ın məlumatına görə, bu, XV turun “Qarabağ” - “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” - “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” - “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.

 




  Yayım tarixi :05 Fevral 2019   15:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .