XƏBƏR
09:18

  Bakı Şəhər İcra Hakimiyyətində yeni qurum yaradılıb

Gündəm

Xəbər lenti

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfathesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Agyol.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb. MMC-nin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Bakı Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 




  Yayım tarixi :05 Fevral 2019   09:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .