XƏBƏR
14:59

  Prezident İlham Əliyev Malayziya dövlət başçısını təbrik edib

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

 

Agyol.az Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, təbrikdə deyilir: "Əlahəzrət,

 

Malayziyanın XVI Ali Başçısı seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

 

Ümidvaram ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".




  Yayım tarixi :04 Fevral 2019   14:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .