XƏBƏR
11:14

  Fevralın 4-ü Dünya Xərçəng Əleyhinə Mübarizə Günüdür

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

 

Agyol.az xəbər verir ki, həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

 

Onkoloji xəstəlik həmişə faciədir. Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə bədxassəli şişləri əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kansoregen maddələrlə zəngın olan maddələrlə təmasdan uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.

 

Təəssüf ki, son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də onkoloji xəstələrin sayında artım var. 2017-ci ilə məlumatlara əsasən, respublikamızda 45,7 min onkoloji xəstə qeydə alınıb. 2016-cı ildə onkoloji xəstələrin sayı 43,9, 2015-cidə 40,6 min nəfər təşkil edib. Lakin əhalinin sayını nəzərə alınmaqla digər ölkələrlə müqayisə aparanda Azərbaycanda həmin xəstələrin sayı o qədər də çox deyil. Hazırda ölkəmizdə xərçənglə üzləşən 17,5 min xəstə var.

 

2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.

 

2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.




  Yayım tarixi :04 Fevral 2019   11:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .