Türkiyənin daxili xəstəlikər
üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini
verib.
Professor heyvan və
bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri oBildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan
istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə
edilməlidir.
Şəkərli və qazlı içkilər
"Bu tip içkilər spirtli içki qədər zərərli deyil.
Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ
şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu
verə bilərsiniz”.
Yumurta
"İnsan
bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır.
1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara
yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını
tapın”.
Yağ
"Mənim
həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan
insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş
olmalıdır.
Xolestrol
"Xolestrol
xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan
qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını
yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolestrol söndürür.
Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar,
qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında
hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək
təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər”.
Faydalılar
"Yumurta,
qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır”.
Gündə 2
dəfə yemək
24 saat
ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz.
İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni
ona görə prqoramlaşdırılıb.
İdeal
səhər yeməyi
"Neçədə
qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca
su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii
pendir”.
Mövsümündə
nə varsa
"Yanvar
ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını
alın”.
lmadığını deyib.