Boston
Universitetinin alimləri 2018-ci ildə ABŞ əhalisinin az qala yarısının yüksək
təzyiq və ürək-damar problemlərindən əziyyət çəkdiyini və ya insult keçirdiyini
müəyyən edib. Bu belə insanların erkən ölüm riskini əhəmiyyətli dərəcədə
artırır. Xəstələrin sayı əvvəlki illə müqayisədə kəskin şəkildə çoxalıb.
Agyol.az xəbər verir ki, bu barədə MedicalXpress-də elmi məqalə dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, hipertenziyası olan insanların sayı
normativlərə yenidən baxılması hesabına artıb. Belə ki, normal təzyiq həddi
civə sütunu ilə 140-90 mm-dən 130-80 mm-ə endirilib.
Statistikaya görə, 2016-cı ildə amerikalıların 48 faizi ürək-damar
sistemi problemləri yaşayıb, onlardan 9 faizi ürək xəstəliyindən və ya insultun
fəsadlarından əziyyət çəkib. Orta statistik amerikalının qan-damar
sistemində xəstəliyin inkişafı riski 90 faizə çatır.
Risk dərəcəsini aşağı salmaq üçün amerikalı mütəxəssislər siqareti
atmağa, zərərli qidalardan imtina etməyə, xolesterin və şəkər qəbulu ilə bağlı
normalara əməl etməyə çağırır. Bundan başqa, həkimlər orta yaşlı insanları lift
əvəzinə, mütəmadi olaraq pilləkənlərdən istifadə etməyə çağırıb. Qan-damar
təzyiqinin normallaşması erkən ölüm riskini (ürək-damar xəstəlikləri və
insultlardan) əhəmiyyətli dərəcədə aşağı salacaq.