XƏBƏR
14:17

  Səfir: Rusiya və Azərbaycan Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı səylərini artırır

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Rusiya və Azərbaycan Xəzərdə dəniz turizminin inkişafı ilə bağlı birgə səylərini artırır.

Agyol.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Səfir qeyd edib ki, tərəflər Xəzəryanı dövlətlər arasında kruiz əlaqəsi yaratmaq niyyətindədir və bu məqsədlə Həştərxan vilayətində iki gəmi tikilir:

“Gələcəkdə dəniz turizminin vacib istiqamətlərdən birinə çevrilməsi üçün bütün Xəzəryanı dövlətlərin lazımi infrastrukturla təmin olunması vacibdir. Hazırda ölkələrimiz iqtisadiyyat və ticarətin bir çox sahələrində, humanitar sahədə əməkdaşlığı genişləndirir, eləcə də regionda strateji tərəfdaşdır. Hesab edirəm ki, dövlətlər arasında dostluq əlaqələri növbəti illərdə də möhkəmlənəcək və dərinləşəcək”.

 




  Yayım tarixi :01 Fevral 2019   14:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .