Spiker: Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır
Sosial şəbəkələrdə təhqirlərin
aradan qaldırılması üçün tədbirlər görmək lazımdır. Agyol.az-ın məlumatına görə,
bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar
iclasında çıxış edərkən deyib.
O.Əsədov bildirib ki, sosial şəbəkələrdə yazılanlar
xəcalət hissi doğurur: “Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində
təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların
yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına
gələni yazırlar”.
  Yayım tarixi :01 Fevral 2019   14:14
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=35112