Agyol.az xəbər verir ki, Rusiya
Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun
başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabanda xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Sonra Şəhidlər
xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad
ediblər. Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Əbədi məşəl” abidəsinin önünə
əklil qoyub.
Bakının ən hündür
nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin
üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq
işləri barədə məlumat verilib.