XƏBƏR
11:20

  ÜST rəsmisi: Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil, "donuz qripi" adlandırılmır

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Hazırda Azərbaycanda A/H1N1 virusu var, amma bu, yeni virus deyil və bu virus artıq "donuz qripi" də adlandırılmır.


Agyol.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, 2009-cu ildən müşahidə edilən A/ H1N1 virusu artıq "donuz qripi" adlandırılmır.

 

H.Harmancı qeyd edib ki, Azərbaycanda da müşahidə edilən virus Avropada, Gürcüstanda müşahidə edilən virusdur: "Amma A/H1N1 artıq adi mövsümi qrip hesab edilir. Hazırda mövsümi qrip həm A/H3N2, həm də A/H1N1 virusları yaradır. Gürcüstanda isə hazırda A/H1N1 virusu geniş yayılır, amma bu virus 10 ildir ki, dünyada yayılan eyni virusdur və ötənilki viruslardan fərqlənmir. Virusun dəyişməsi daha təhlükəlidir".

 

Ofis rəhbəri bildirib ki, "donuz qripi" donuzdan insana keçdikcə və insandan insana keçdikcə buna artıq mövsümi qrip deyilir: "Dünyada sonuncu dəfə 2009-cu ildə son pandemiya olub. Həmin zaman yeni virus yaranaraq insanlara keçmişdi. Son pandemiyanı yaradan A/H1N1 olub. Hər il müşahidə edilən mövsümi qripi A/H1N1 və H3N2 virusları törədir. Hər il olduğu kimi, dünyada builki mövsümdə də bu virus var. Avropada, Gürcüstanda və Azərbaycanda adi mövsümi qrip var".

 

H.Harmancı deyib ki, Azərbaycanda A/H1N1 müşahidə edilməsi təşvişə səbəb olacaq durum deyil.

 

ÜST rəsmisi viruslardan qorunmaq üçün gigiyenik qaydalara əməl edilməsini vacib sayıb.

 

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə deyib ki, kütləvi durum müşahidə edilərsə, buna qarşı mübarizə aparmaq üçün bütün tədbirlər var.

 

Səhiyyə Nazirliyinin məlumatları gizlətmədiyini deyən baş epidemioloq şayiələrin yayılmasına yol verilməməsini istəyib.




  Yayım tarixi :01 Fevral 2019   11:20

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .