XƏBƏR
10:57

  Zoopark müvəqqəti bağlanır

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Bakı Zooparkı fəaliyyətini müvəqqəti olaraq dayandırır.

 

Agyol.az xəbər verir ki, bu barədə Zooloji Parkın direktoru Azər Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə zooparkın şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür:

 

“Zooloji parkda yenidənqurma işlərinin başlanması səbəbindən artıq heyvanlar köçürülür. Heyvanlar müvəqqəti olaraq Qaradağ rayonunda onlar üçün ayrılan xüsusi yerlərə aparılır. Planlaşdırılan işlər yekunlaşdıqdan sonra heyvanlar yenidən zooloji parka qaytarılacaq”.

 

A.Hüseynov onu da əlavə edib ki, parkın sahəsinin əsaslı təmir edilərək genişləndirilməsi nəzərdə tutulur:

 

“Çoxsaylı şikayətlər daxil olurdu ki, heyvanların yerləri kiçikdir, natəmizlikdir və s. Artıq bu kimi problemlər olmayacaq. Hazırda parkın ərazisi 2.25 hektardır. Yenidənqurma işlərindən sonra ərazi 4.25 hektara qədər genişləndiriləcək. Ümumilikdə, belə düşünürəm ki, planlaşdırılan işlər bu ilin sonuna qədər tam şəkildə yekunlaşdırılacaq”.




  Yayım tarixi :01 Fevral 2019   10:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .