XƏBƏR
10:13

  Deputatlar bu gün ilk plenar iclasa toplaşır - 38 məsələ gündəmdə

Gündəm

Xəbər lenti

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək.

Agyol.az-ın məlumatına görə, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil ediləcək, 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq ediləcək, parlamentin iki komitəsinə sədr müavinləri seçiləcək.

Bundan əlavə iclasda Əmək Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında" və "Əmək pensiyaları haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" və digər qanunlara əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 38 məsələ daxildir.

 




  Yayım tarixi :01 Fevral 2019   10:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .