XƏBƏR
16:26

  Azərbaycanda avtobuslarda çay, qəhvə və WI-FI PULSUZ OLDU

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Agyol.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin rahatlığını təmin etmək üçün  yeniliklər edir.


 Avtovağzal Kompleksinin rəhbərliyi  daşıyıcı şirkətlərlə mütəmadi danışıqlar aparır, sərnişinlərin təhlükəsiz və rahat şəraitdə səfərini təmin etmək üçün tələblər qoyur. Artıq bir neçə müddətdir ki, uzaq yola çıxan reyslərdə vətəndaşlara  yol boyu pulsuz və limitsiz çay, qəhvə, meyvə şirəsi  və eləcə də WI-FI xidməti verilir.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib. O bildirib ki, uzun məsafəyə gedən avtobusların təxminən 90%-i sərnişinlərə əlavə xidmətlər göstərir.

"Bakı Beynəlxalq Avtovağzalının qarşısında duran əsas məsələlərdən bir  ilk növbədə  bilet sistemini şəffaflaşdırmaq, sərnişinlərin biletləri kassalardan almasına şərait yaratmaq idi. Artıq sərnişinlə sürücü arasında bu məsələ ilə bağlı  heç bir dialoq yoxdur.

Bugün  əminliklə deyə bilərik ki, hazırda kassalardakı bilet satışında heç bir problem yaşanmır. Hazırda vətəndaşlar həm avtovagzal.az saytından online şəkildə, həm də avtovağzaldakı kassalara yaxınlasıb istər öncədən satış kassalarından (10 gün öncədən satış başlayır), istərsə də həmin gün üçün bilet əldə edə bilərlər. Sərnişinlərin gedəcəyi istiqamət üzrə biletlərin qiymətləri kassanın üzərində, eləcə də monitorlarda əks olunub. Gözləmə zallarımızda da sərnişinlər üçün şərait yaradılıb. Hansı ki, səfəri bir neçə saat sonraya olan sərnişinlər rahat şəkildə orada gözləyə bilərlər. BBAK  hazirda xidmət səviyyəsini yüksəltmək, sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək üçün addımlar atır”.

Pərvin xanım  həmçinin yaxın günlərdə başqa yeniliklərin olacağını əlavə etdi.




  Yayım tarixi :31 Yanvar 2019   16:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .