XƏBƏR
15:59

  Bakı metrosuna yeni vaqonlar tədarük olunacaq - Rusiyadan

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə “Bakı Metropoliteni” QSC arasında 81-765.B/766.B modelli 30 metro vaqonunun tədarükü barədə müqavilə imzalanıb.

 

Agyol.az xəbər verir ki, müqaviləyə əsasən 2019-ci ilin sonunadək Bakı metrosu üçün 6 qatar tikiləcək.

 

Müqaviləni “Metrovaqonmaş”ın baş direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov imzalayıb.

 

İlk vaqonların bu ilin ikinci rübündə tədarük olunması planlaşdırılır.

 

Yeni model vaqonlar qapıların açılıb-bağlanması zamanı yeni işıqlandırıcı xəbərdarlıq sisteminə malikdir. Bundan başqa vaqonlar güclü isti və səs izolyasiya sistemi, ventilyasiya ilə təchiz edilib.




  Yayım tarixi :31 Yanvar 2019   15:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .