XƏBƏR
17:43

  Damarların təmizlənməsi üçün qədim alman resepti

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Ev şəraitində damarların təmizlənməsi mümkündür. 

Agyol.az damarları təmizləyən qədim alman reseptini təqdim edir.

Reseptin tərkibinə daxil olan bütün inqrediyentləri orqanzimin ümumi sağlamlığı üçün çox faydalıdır. 

Tələb olunanlar: 

1 ədəd kiçik zəncəfil kökü

4 ədəd qabıqlı limon 

4 ədəd böyük diş sarımsaq 

2 litr su 

Hazırlanması:

Limon və zəncəfili yuyaraq doğrayın və blenderdən keçirin. Daha sonra sarımsağı və digər komponentləri blenderə əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra alınan məhlulu dəmir qaba boşaldın. Vam odda qarışdıraraq qaynamadan altını keçirin və soyudun. Süzərək şüşə butulkalara tökün və soyuducuda saxlayın. 

İstifadə qaydası: 

Hər istifadədən əvvəl butulkanı yaxşıca çalxalayın. Qarışımı yeməkdən 2 saat əvvəl ac qarına qəbul edin.
 
Hazırlanan məhlulu 3 həftə ərzində istifadə edin. Daha sonra 1 həftə fasilə verin. Ehtiyac olduqda yenidən 3 həftə qəbul edə bilərsiniz. 

Qeyd: Sarımsağın qoxusuna görə narahat olmayın - o hazırlanma prosesində neytrallaşır.

 




  Yayım tarixi :30 Yanvar 2019   17:43

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .