XƏBƏR
16:56

  Azərbaycan sülhməramlıları Cənubi Sudanda keçirilən sülhməramlı missiyada xidmətə başlayıb

Gündəm

Xəbər lenti

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında keçirilən sülhməramlı missiyada iştirak etmək üçün Cənubi Sudanın paytaxtı Cuba şəhərinə gəlib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, zabitlərmiz BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada müşahidəçi qismində fəaliyyətə başlayıblar.

Qeyd edək ki, keçən il noyabrın 30-da Azərbaycanın 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudanda yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Milli Məclisinin qərarı qəbul olunub.

 

 




  Yayım tarixi :30 Yanvar 2019   16:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .