XƏBƏR
12:27

  İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi beynəlxaq təşkilatlara MÜRACİƏT ETDİ

Gündəm

Xəbər lenti

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) rəsmi müraciət edib. 

Agyol.az xəbər verir ki, müraciətdə Ermənistanda partiya sədrinin müavini və siyasi məhbus Mqer Yegizaryanın həbsxanada ölməsi, lakin Avropa Parlamentinin bu hadisəyə susqunluqla yanaşması təşkilatın ikili standartlarla fəaliyyət göstərməsinə nümunə kimi dəyərləndirilib. 

“Özünü demokrat, insan hüquqlarının keşikçisi sayan bu təşkilatların əsl mahiyyəti Ermənistanda baş verən hadisədən sonra bir daha aydınlaşdı. Dekabrın 5-dən aclıq aksiyası keçirən Vahid Ermənistan Partiyasının sədr müavini və jurnalist Mqer Yegizaryan 26 yanvarda səhhətində yaranan problem səbəbindən ölüb. Onun aclıq aksiyasına səbəb Paşinyan hakimiyyəti tərəfindən həbsi və bütün şikayətlərinə baxmayaraq hüquqlarının təmin edilməməsi idi. Xüsusi qeyd etmək lazımdır ki, Yegizaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılmışdı”,-deyə təşkilatın sədri Rəfail Becanovun imzasıyla göndərilən müraciətdə bildirilir. 

Müraciətdə qeyd olunub ki, Avropa Palamenti Azərbaycana hər zaman qərəzli, ikli standartlarla yanaşır: 

“Amma onun 50 gündən artıq çəkən aclıq aksiyası Ermənistan hakimiyyəti ilə yanaşı insan hüquqlarından dəm vuran beynəlxalq təşkilatları da narahat etmədi. Azərbaycan əleyhinə Avropa Parlamentində tələsik qətnamə qəbul edənlərdən heç kim bununla bağlı öz etirazını bildirmədi. Beynəlxalq qeyri-hökumət təşkilatları da müəmmalı şəkildə bu hadisəyə münasibət bildirmirlər. Onda sual yaranır ki, bu selektiv yanaşmanın kökündə nə dayanır? Azərbaycana qarşı isə əksinə, hər zaman qərəzli, ikli standartlarla yanaşma müşahidə edilir. Bir müddət öncə bloqqer Mehman Hüseynov ətrafında baş verən hadisələr zamanı Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Hadisənin motivi dərindən araşdırılmadı və Mehman Hüseynovun bir neçə gün çəkən, ağartı məhsullarının qəbulu ilə müşayiət olunan aclıq aksiyasıAvropa Parlamenti tərəfindən antiAzərbaycan qətnaməsinin qəbuluna səbəb oldu”. 

Təşkilat bu yanaşmanın kökündə Avropa Parlamentinin islamofobiya düşüncəsinin daşıyıcısı olmasının təzahürlərini görür: 

“Ona görə də baş verən ən xırda hadisəyə görə Avropa Parlamenti toplanaraq antiAzərbaycan dinləmələri keçirir, qətnamə qəbul edə bilir. Ermənistanda baş verən hadisələrə isə “xristian həmrəyliyi” rakurusundan yanaşılır. Fakt budur ki, özünü demokratik dəyərlərin qoruqçusu elan edən təşkilatlar, bu təşkilatların rəsmiləri hələ də ikili standartlar çərçivəsindən çıxa bilmirlər”. 

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Avropa Parlamentini islamofobiya düşüncəsindən, ikili standartlardan imtinaya və ayrı-ayrı ölkələrə yanaşmada ədalət prinsipinə əməl edilməsinə çağırıb. 

 




  Yayım tarixi :30 Yanvar 2019   12:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .