XƏBƏR
14:32

  Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə məşqlər keçirilib (FOTO)

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

 

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bütün hərbi hissələrdə keçirilən tədbirlərdə tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb.

 

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, Müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

 

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.




  Yayım tarixi :29 Yanvar 2019   14:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .