XƏBƏR
11:45

  Dünyaca məşhur azərbaycanlı hakim Tofiq Bəhramovun doğum günüdür

Gündəm

Xəbər lenti

Bu gün dünyaca məşhur azərbaycanlı hakim Tofiq Bəhramovun doğum günüdür.

 

Agyol.az xəbər verir ki, Tofiq Bəhramov 1925-ci il 29 yanvarda anadan olub.

 

Azərbaycan futbolçusu, futbol hakimi,  Azərbaycan Futbol Federasiyası Asossiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembley stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.

 

T. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik ederək ilk referi kimi də tarixə düşüb. Bundan başqa, Tofiq Bəhrəmov 1972-ci ildə Qitələrarası kubokun finalını ("Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) idarə edib.

 

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.

 

Tofiq Bəhramova bu oyundan sonra, həmçinin Böyük Britaniya kraliçasının özü "Qızıl ilahə" mükafatını təqdim edib.

 

Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.

 

Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il dünya çempionatında da hakimlik edib.

Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.

 

Bəhramov haqqında sənədli film də çəkilib.

 

2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb.

 

Tofiq Bəhrəmov 1993-cü ildə vəfat edib.

 




  Yayım tarixi :29 Yanvar 2019   11:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .