XƏBƏR
14:29

  Prezident İlham Əliyev: Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Qaydaların olmaması və ya onların pozulması əlbəttə ki, mənfi nəticələnə bilər.

 

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” telekanalına müsahibəsində deyib.

 

Dövlət başçısı bildirib ki, yəni etibar sarsılır, ölkələr arasında qarşılıqlı fəaliyyət səviyyəsi azalır: "Bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə, bir çox ölkələr arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarır”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü mənzərəni müşahidə etmək təəssüf doğurur:

 

“Dediyim kimi, bu, həm də beynəlxalq məsələlərə, eləcə də iqtisadi problemlərlə bağlı məsələlərə aiddir. Etimad azalır, əvvəlcədən proqnozlaşdırma pisləşir və biznes aparmaq daha da çətinləşir”.




  Yayım tarixi :28 Yanvar 2019   14:29

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .