XƏBƏR
14:27

  Azərbaycanda bəzi reklam qurğularının quraşdırılması üçün icazə alınmayacaq

Gündəm

Xəbər lenti

Azərbaycanda açıq məkanda reklam qurğularının tikintisinə və quraşdırılmasına icazəsinin verilməsi proseduru sadələşdirilir.

 

Agyol.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.

 

Məcəllənin hazırkı variantına görə, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə müvafiq icra hakimiyyəti orqanı icazə verir.

 

Yeni dəyişikliklərdə isə reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi təklif edilir.

 

Belə ki, reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadrat metrdən az olduqda tikintiyə icazə sənədinin alınmasına ehtiyac qalmayacaq. Bu reklam qurğularının quraşdırılması və sökülməsi qaydası “Reklam haqqında” qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Bu dəyişikliklər Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.




  Yayım tarixi :28 Yanvar 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .