XƏBƏR
11:30

  Azərbaycan nefti bahalaşıb

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 62,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,1 dollar/barel çoxdur.

 

Agyol.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,33 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 61,12 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.




  Yayım tarixi :26 Yanvar 2019   11:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .