XƏBƏR
14:13

  Gələn ay “Gəncliyin səsi” festivalı keçiriləcək

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikası Prezidentinin “2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən 1-5 fevral 2019-cu il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

 

Agyol.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

 

2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

 

Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi planlaşdırılır.

 

Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.

 

Festival çərçivəsində keçiriləcək tədbirlər:




  Yayım tarixi :25 Yanvar 2019   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .