XƏBƏR
14:06

  Yevgeni Mixaylov: Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos görüşü ilk növbədə onu göstərdi ki, hazırda Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində dəqiq siyasi xətti yoxdur.

Agyol.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı və ekspert Yevgeni Mixaylov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti daha inamlı görünürdü:

“Prezident İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq daha geniş nizamlama planı ilə çıxış etdi. Son zamanlarda ATƏT Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərini əhalini sülhə hazırlamaq barədə şərhlərini də nəzər alsaq, bu fakt onu göstərir ki, Paşinyanın seçimi azdır. Ona görə də ehtimal edə bilərəm ki, Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır”.

Y.Mixaylov qeyd edib ki, bir çox KİV-lərdə N.Paşinyanın ünvanına tənqidlər səslənməsini, eləcə də onun mövqelərini əldən verdiyi barədə fikirlərin yer almasını təsadüfi hesab etmir:

“Aydındır ki, Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir, çünki Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi artmaqdadır”.

 




  Yayım tarixi :25 Yanvar 2019   14:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .