Azərbaycanda
daha 6 şəhərin baş plan layihələrinin hazırlanmasına start verilib.
Agyol.az xəbər verir ki, Dövlət Şəhərsalma
və Arxitektura Komitəsindən verilən məlumata görə, bunu qurumun sədri
Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya
iclasında deyib.
S.Nuriyev qeyd
edib ki, ötən il, həmçinin Sumqayıt şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən
təsdiq edilib, Tovuz və Quba şəhərlərinin baş planlarının layihələrinin
hazırlanması yekunlaşdırılıb, Biləsuvar şəhərinin baş planının işlənməsi isə
başa çatmaq üzrədir:
"Eyni
zamanda 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə
daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş
plan layihələrinin hazırlanmasına start verilib. Hazırda ölkəmizdə təsdiq
olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda, 2019-cu ildə
hazırlanmasına əvvəlki illərdə başlanılmış daha bir neçə şəhərin baş
planlarının Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir".