XƏBƏR
17:56

  Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Növbəti ayda dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək.

 

Agyol.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

İ.İsayevin sözlərinə görə, həmin sənəddə dərsliklərin, qriftin hazırlanması və s. kimi məsələlər öz əksini tapıb: “Burada dərsliklərlə bağlı məsələləri bir qədər genişləndirə bilərik”.

 

Nazir müavini bildirib ki, 11-ci sinif istisna olmaqla, bir sinifdən digərinə keçirilmədə məktəblər sərbəstdir.

 

İ.İsayev əlavə edib ki, ümumtəhsil müəssisələrinin nizamnamə nümunəsi yaxın aylarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.




  Yayım tarixi :24 Yanvar 2019   17:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .