XƏBƏR
16:18

  “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işçi qrupun yaradılması nəzərdə tutulur

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Milli Məclisin yaz sessiyası ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması nəzərdə tutulur.

 

Agyol.az xəbər verir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

İ.Həbibbəylinin sözlərinə görə, yaz sessiyası ərzində “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur: “Fevral-mart ayında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə, 3-cü oxunuş apreldə baş tuta bilər. Apreldə isə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün iş qrup yaradacağıq”.

 

MM-in payız sessiyasında komitəyə bir çox müraciətlərin daxil olduğunu deyən millət vəkili qeyd edib ki, bir çox müraciətlər tələbələrin ödənişi ilə bağlı olub.

 

Komitə sədri əlavə edib ki, sosial müdafiəyə ehtiyacı olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətləri qanunvericliyə uyğun şəkildə müsbət həll edilib.




  Yayım tarixi :24 Yanvar 2019   16:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .