XƏBƏR
16:13

  Təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir.

 

Agyol.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

 

İ.Həbibbəylinin sözlərinə görə, özəl məktəblərdə təhsil haqları fərqlidir, hətta süni şişirtmələrə də yol verilir.

 

Komitə sədri hesab edir ki, bu məsələdə tənzimləyici mexanizmin olmasına ehtiyac duyulur: “Bu sahədə vahid qiymətlərin tətbiqi bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Özəl məktəblərdə ödənişli təhsilin qiyməti tələb-təklif əsasında, sərbəst şəkildə müəyyən edilməlidir. Buna görə də “Ümumi təhsil haqqında” qanuna belə bir maddənin əlavə edilməsi yaxşı olardı ki, qiymətlər əmək bazarının tələbatına uyğun olaraq, tələb-təklif prinsipi əsasında müəyyən edilsin və müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl məktəblərdə təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarəti həyata keçirsin. Hesab edirik ki, bu sahədə tənzimləyici işə ehtiyac var”.

 

İ.Həbibbəyli qeyd edib ki, təhsil kurrikulumlarının sadələşdirilməsi əsas məsələ olmalıdır: “Şagirdlərin yaşına uyğun olmayan məsələlər, formullar, üslublar sadələşdirilməlidir. Bunu valideynlər, şagirdlər də deyirlər. XXI əsrin təhsil kurrikulumlarının yeniləşməyə ehtiyacı var. Təhsil nazirinə də bildirmişəm ki, yenidən hazırlanan təhsil kurrikulumlarını biz də oxuyaq. Biz də buna öz töhfəmizi vermək istəyirik”.

 

İ.Həbibbəyli əlavə edib ki, təhsil kurrikulumlarında mili-mənəvi dəyərlərin artırılmasını vacib sayırlar.




  Yayım tarixi :24 Yanvar 2019   16:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .